AZ

Oyun əsəbi keçdi Kaxaber Tsxadadze

Fanat saytına istinadən ain.az xəbər verir.

“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze Misli Premyer Liqasının 29-cu turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 1:1 hesablı hüç-hüçə qeydə alınan görüşü belə şərh edib:

"Fasiləyə qədər oyun əsəbi keçdi. Bizim oyunlarda həmişə belə olur. Bu, turnir cədvəlindəki mövqeyimizdən irəli gəlir.

İlk yarıda müdafiədən çox razı qaldım. Hücumdakı şansları reallaşdırmaq baxımından isə sıxıntı var idi. İkinci hissədə təzyiqi artırdıq. Futbolçulara təşəkkür edirəm. Xarakter göstərdilər. Döyüşmək, mübarizəni davam etdirmək lazımdır. Həmçinin, azarkeşlərə minnətdarlığımı çatdırıram. Onlar çətin anlarımıza dəstəklərini əsirgəmir, komandanın yanında olurlar".

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
1
fanat.az

2Mənbələr