Maykl Kin klubu ilə yenidən anlaşıb.
"Football-plus.az" xəbər verir ki, “Everton” 33 yaşlı futbolçunun müqaviləsini yeniləyib.
Tərəflər arasında birillik yeni sözləşmə imzalanıb. 2017-ci ilin iyul ayında “Bernli”dən transfer olunan Maykl üçün qarşıdakı mövsüm xüsusi əhəmiyyət kəsb edəcək. Belə ki, o, bu razılaşma ilə “Everton”dakı 10-cu ilini, yubiley mövsümünü qeyd etmək şansı qazanıb.
Təcrübəli futbolçu indiyədək “Everton”un formasında 259 oyuna çıxıb və 19 qol vurub.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta