AZ

İtalyan futbolunda qalmaqal: Canluka Rokki istefa verdi

ain.az, Idman.biz portalına istinadən məlumat yayır.

İtaliyanın hakim korpusunun rəhbəri Canluka Rokki barəsində idman fırıldaqçılığı maddəsi ilə araşdırma başlandığı üçün vəzifəsindən istefa verib. Təcrübəli mütəxəssis Milan Prokurorluğu tərəfindən “İnter”ə sərf edən hakimləri oyunlara təyin etməkdə günahlandırılır.

İdman.Biz xəbər verir ki, istintaqın mərkəzində Rokkinin Milan təmsilçisinin xeyrinə verdiyi qərarlar və VAR otağına müdaxilələri dayanır. İddialara görə, o, doqquzuncu turdan etibarən çempionluq yarışına təsir edəcək oyunlara məhz Milan klubuna yaxın referiləri cəlb edib. Məlumata görə, istintaq materiallarında “Boloniya” ilə matçda hakim təyinatına birbaşa müdaxilə və digər qarşılaşmalarda VAR hakimlərinə təzyiq faktları yer alıb.

Canluka Rokki məsələ ilə bağlı açıqlama verərək ittihamları rədd etsə də, istintaqın gedişatına mane olmamaq üçün vəzifəsindən ayrıldığını bildirib. Hazırda prokurorluq keçmiş hakim köməkçisi tərəfindən təqdim edilən şikayət əsasında araşdırmaları davam etdirir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
46
icma.az

1Mənbələr