AZ

Kolumbiyada şosedə terror aktı baş verdi: 7 nəfər ölü, 20-dən çox yaralı

BAKI, 26 aprel. TELEQRAF

Kolumbiyanın Kauka departamentində Panamerika şosesində baş verən partlayış nəticəsində azı 7 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə regionun qubernatoru Oktavio Qusman məlumat verib.

Onun sözlərinə görə, hadisə mülki əhaliyə qarşı həyata keçirilmiş hücum olub.

“Bu, mülki əhaliyə qarşı ayrı-seçkilik edilmədən törədilmiş hücum idi. İlkin məlumata əsasən, yeddi dinc sakin həlak olub, 20-dən çox insan isə ağır yaralanıb”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Qubernator əlavə edib ki, region hazırda terrorizmin eskalasiyası ilə üz-üzədir.

Seçilən
53
43
teleqraf.com

10Mənbələr