AZ

MPL: "Şamaxı" "Kəpəz"i, "Neftçi" "Qarabağ"ı qəbul edir

Misli Premyer Liqasında 29-сu tur davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 2 oyun keçiriləcək.

“Şamaxı” “Kəpəz”i qəbul edəcək. Matçı Rəşad Əhmədov idarə edəcək.

Turun mərkəzi qarşılaşması isə “Neftçi” ilə “Qarabağ” arasında olacaq. Azərbaycan derbisində ədaləti Tural Qurbanov qoruyacaq.

Daha öncə “İmişli” “Sumqayıt”a 0:2 hesabıyla uduzub, “Qəbələ” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib – 1:1. “Turan Tovuz” – “Zirə” və “Sabah” – “Karvan-Yevlax” matçları sabah keçiriləcək.

Misli Premyer Liqası
29-cu tur
26 aprel

“Şamaxı” “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev.
Şamaxı şəhər stadionu, 16:00.

“Neftçi” “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov.
“Palms Sports Arena”, 19:00.

Seçilən
4
fanat.az

1Mənbələr