AZ

Bu klub İngiltərə futbolunda tarixi nailiyyətə imza atdı

“Mançester Siti” İngiltərə futbolunda tarixi nailiyyətə imza atıb.

Publika.az xəbər verir ki, komanda ardıcıl 4 il İngiltərə Kubokunun finalına yüksələn ilk klub olub. Bu barədə “Opta” məlumat yayıb.

Bu nəticə komandanın yarımfinalda “Sauthempton” üzərində qələbəsindən (2:1) sonra rəsmiləşib.

Məlum olduğu kimi, 2022/2023 mövsümündə “şəhərlilər” finalda “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib. Növbəti mövsümdə “qırmızı şeytanlar” revanş alaraq 2:1 hesabı ilə qalib gəlib. Ötən mövsümdə isə Xosep Qvardiolanın yetirmələri “Kristal Pelas”a uduzub.

Seçilən
25
4
publika.az

5Mənbələr