AZ

Azərbaycanlı güləşçi Avropa çempionu olub

Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə Avropa çempionatı sona yaxınlaşır.

Azərbaycan Güləş Federasiyasının verdiyi məlumata görə, yarışın altıncı günündə 2 sərbəst güləşçimiz fəxri kürsüyə qalxıb.

İslam Bazarqanov (57 kq) finalda rusiyalı Musa Mextixanovla qarşılaşıb. Təmsilçimiz ötən il dünya çempionatındakı məğlubiyyətin revanşını alıb. Görüşə yaxşı başlayan Bazarqanov ilk hissəni 8:0 hesablı üstünlüklə başa vurub. İkinci hissədə rəqib fərqi azaltsa da, yekunda qələbə qazanan İslam olub – 8:6. Beləliklə, Tiranada himnimizi səsləndirən İslam ilk dəfə böyüklər arasında Avropa çempionu olub.

Seçilən
46
13
azpost.info

10Mənbələr