Bu gün Azərbaycan derbisi baş tutacaq.
Offsideplus.az xəbər verir ki, "Neftçi" "Qarabağ"ı qəbul edəcək.
Bu komandalar 4 gün ərzində iki dəfə üz-üzə gələcək. Hər iki oyun "Neftçi Arena"da baş tutacaq.
"Ağ-qaralar" artıq 5 ildir "Qarabağ"ı məğlub edə bilmir.
Tərəflərin ilk dövrədəki oyunu Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatmışdı.
Misli Premyer Liqası, XXIX tur
26 aprel (bazar)
19:00 "Neftçi” – “Qarabağ”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”