AZ

Papa XIV Leo ABŞ-ın ölüm hökmü ilə bağlı qərarını pisləyib

Papa XIV Leo ABŞ-ın federal ölüm hökmünün icrası sistemini genişləndirmək qərarını pisləyib və onu ləğv etməyə çağırıb.

"Ölkə.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Yaşamaq hüququ bütün insan hüquqlarının təməlidir. Bu səbəbdən cəmiyyət yalnız insan həyatının müqəddəsliyini qoruduğu zaman çiçəklənəcək və inkişaf edəcək", XIV Leo bildirib.

Papanın sözlərinə görə, effektiv həbsxana sistemi vətəndaşların müdafiəsini təmin edə bilər, eyni zamanda ağır cinayətlərdə məhkum edilmiş insanların azadlığa çıxma ehtimalını qoruyub saxlaya bilər.

Elvin

Ölkə.az

Seçilən
35
1
olke.az

1Mənbələr