Bu ay maliyyə baxımından şans onların tərəfində olacaq. Riskli addımlar belə uğurla nəticələnə bilər, amma yenə də düşünülmüş qərarlar vermək tövsiyə olunur. Buğa bürcləri həm də qənaət etməyi bacarsalar, topladıqları vəsaiti daha da artırmaq şansı əldə edəcəklər.
Şir bürcləri üçün may ayı sürprizlərlə dolu olacaq. Xüsusilə maliyyə sahəsində gözlənilməz gəlir qapıları açıla bilər. Bu, bonus, əlavə layihə, yeni iş təklifi və ya hətta investisiyadan gələn qazanc şəklində ola bilər.
Şirlər bu ay liderlik qabiliyyətləri və cəsarətləri sayəsində diqqət mərkəzində olacaq. Bu da onların karyera yüksəlişi və maddi gəlirlərinə birbaşa təsir edəcək. Əgər fürsətləri düzgün dəyərləndirsələr, may ayı onların həyatında ciddi maliyyə dönüş nöqtəsinə çevrilə bilər.