AZ

Nərimanı ehtiyatda saxlayan MLS klubu qalib gəldi

Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin klubu olan “Kolumbus Kru” (Columbus Crew) ABŞ MLS-də 10-cu tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, “Filadelfiya Yunion”u qəbul edən “Kolumbus Kru” 2:0 hesabı ilə qələbə qazanıb. Qolları Arfsten və Harriel (avtoqol) vurub.

N.Axundzadənin adı iştirak ərizəsində olsa da, sonadək ehtiyatda qalıb.

Şərq konfrasında yarışan “Kolumbus Kru” 10 oyundan 12 xalla 8-ci yeri tutur.

Seçilən
68
50
sportinfo.az

10Mənbələr