AZ

Xırdalanda satışa çıxarılan ev müzakirə yaradıb - yüksək gərginlikli xətlərin altında yerləşir

Bakı.Trend:

Xırdalan şəhərində əmlak elanlarından birində satışa çıxarılanyaşayış evi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Trend xəbər verir ki,sözügedən ev yüksək gərginlikli elektrik xətlərinin birbaşa altındayerləşir. Diqqət çəkən məqamlardan biri isə təkcə tikilinin deyil,həm də həyət sahəsinin elektrik dirəyinin altında olmasıdır.

Sosial şəbəkə iştirakçıları belə bir ərazidə yaşayışın gələcəkdəmüxtəlif problemlərə səbəb ola biləcəyini bildirirlər. Xüsusiləsağlamlıq və təhlükəsizlik riskləri ilə bağlı fikirlər ön planaçəkilir.

Müzakirələrdə qeyd olunur ki, bu cür obyektlərin satışaçıxarılması zamanı təhlükəsizlik normalarına riayət olunmasıvacibdir.

Həmin görüntülər sosial şəbəkələrdə yayılıb.

Seçilən
55
2
az.trend.az

3Mənbələr