AZ

Yamal Ronaldonu ötdü

“Barselona”nın cinah hücumçusu Lamin Yamal La Liqada ayın ən yaxşı oyunçusu mükafatlarının sayına görə “Real”ın sabiq forvardı Kriştiano Ronaldonu geridə qoyub.

Publika.az xəbər verir ki, aprel ayında vinger dördüncü dəfə La Liqanın ən yaxşı futbolçusu seçilib, halbuki Ronaldo bu mükafatı üç dəfə qazanmışdı.

Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabr aylarında, eləcə də 2026-cı ilin aprelində ayın ən yaxşısı olub. Ronaldo isə bu mükafatı 2013-cü ilin noyabrında, 2015-ci ilin mayında və 2017-ci ilin mayında əldə etmişdi.

Seçilən
63
2
publika.az

5Mənbələr