AZ

Rinqdə başlayan mübahisə kütləvi davaya ÇEVRİLDİ

Türkiyədə keçirilən boks yarışı kütləvi dava səbəbindən yarımçıq qalıb.

Redaktor.az xəbər verir ki, hadisə Trabzon şəhərində, UBO (Universal Boxing Organization) üzrə dünya çempionu titulu uğrunda baş tutan qarşılaşma zamanı qeydə alınıb.

Qeyd olunub ki, həlledici döyüşdə yerli boksçu Emirhan Kalkan rusiyalı rəqibi Sergey Qoroxovla üz-üzə gəlib. Qarşılaşmanın üçüncü raundunda tərəflər arasında yaranan şifahi mübahisə qısa müddətdə nəzarətdən çıxıb.

Məlumata görə, rinqdə başlayan gərginliyə tamaşaçılar da müdaxilə edib və nəticədə onlarla insanın iştirak etdiyi kütləvi dava yaşanıb. Hadisənin miqyası nəzərə alınaraq boks yarışı dərhal dayandırılıb.

Açıqlamada qeyd edilib ki, baş verən insidentlə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma başladılıb.

Aminə ŞAHSUVARQIZI

 

Seçilən
38
1
redaktor.az

2Mənbələr