AZ

Yamal bu göstəricidə Ronaldonu geridə qoydu

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Lamin Yamal La Liqada ayın ən yaxşı oyunçusu mükafatına görə "Real"ın sabiq hücumçusu Kriştiano Ronaldonu geridə qoyub.

QOL.az xəbər verir ki, ispaniyalı hücumçu dördüncü dəfə La Liqada ayın oyunçusu seçilib.

Yamal 2024-cü ilin sentyabrında, 2025-ci ilin noyabr və dekabrında, eləcə də 2026-cı ilin aprelində La Liqada ayın oyunçusu seçilib.

Ronaldo isə bu mükafatı 3 dəfə qazanıb. O, 2013-cü ilin noyabrında, 2015-ci ilin və 2017-ci ilin may ayında bu ada layiq görülüb.

Qeyd edək ki, La Liqada ayın oyunçusu mükafatı 2013-cü ildən təqdim olunur.

Seçilən
51
2
teleqraf.com

5Mənbələr