AZ

Premyer-liqada yeni rekord

“Arsenal” İngiltərə premyer-liqasında yeni rekord müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, paytaxt komandası öz meydanında “Myukasl”a minimal hesabla qalib gəlib. Londonluların yeganə qolunu 9-cu dəqiqədə Ebereçi Eze vurub. O, künc zərbəsindən sonra topu qapıya yönəldib. “Arsenal” cari mövsümdə künc zərbəsindən sonra 17-ci qolu vurmaqla İngiltərə çempionatında yeni rekord müəyyən edib.

Mikel Artetanın komandası qələbə ilə çempionatda 73 xalla liderliyi yenidən ələ alıb. 2-ci yeri 70 xalı və ehtiyatda bir oyunu olan “Mançester Siti” tutur.

Seçilən
86
football-plus.az

1Mənbələr