AZ

Metroda baş verən qısaqapanmaların əsas səbəbi bu imiş - FOTO

"Bu gün səhər metro ilə qohumlarıma getdim - onlar «Həzi Aslanov» metro stansiyası yaxınlığında yaşayırlar. Memar kimi platforma interyerlərinin vəziyyəti məni dəhşətə gətirdi: perron boyunca divarlarda suyun açıq-aşkar izləri və çoxsaylı sızma əlamətləri görünür".

Ucnoqta.az xəbər verir ki, bu sözləri memar, professor Elçin Əliyev bildirib. Mütəxəssisin sözlərinə görə, çürümüş mərmər üzlüyün vəziyyətinə əsasən demək olar ki, su buraya çoxdan və sistemli şəkildə daxil olur - bu, heç də bir ilin problemi deyil:
"İndi aydın olur ki, niyə zaman-zaman metropolitendə kabellərdə qısaqapanmalar baş verir və qatarların hərəkəti iflic olur: problem köhnədir və bir neçə gün əvvəl yağış zamanı baş verən hadisə tamamilə gözlənilən idi.
Maraqlıdır, hidroizolyasiya işlərini keyfiyyətsiz yerinə yetirən tikintiçilər cinayət məsuliyyətinə cəlb olunacaqlarmı? Yoxsa, adətən olduğu kimi, yenə hər şeyi «fövqəladə təbii hadisələrin» üzərinə yazacaqlar?"

Seçilən
21
6
ucnoqta.az

7Mənbələr