AZ

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb.

Qəza zamanı "Hyundai", "Opel" və VAZ-2104 markalı minik avtomobilləri toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
116
13
far.az

10Mənbələr