AZ

Avtoyuma məntəqəsindən maşın qaçıran şəxs qəza törədib - Belə haldan sığorta var?VİDEO

Avtoyuma məntəqəsinə təhvil verilən avtomobilin işçi tərəfindən icazəsiz götürülməsi və qəza törədilməsi belə xidmət sahələrində sığorta məsələsini yenidən aktuallaşdırıb.

Xezerxeber.az-ın məlumatına görə, sığorta eksperti Vüsal Bədəlov deyir ki, belə xidmət obyektləri gələcəkdə yarana biləcək maddi risklərə qarşı üçüncü şəxslər qarşısında məsuliyyət sığortası əldə edə bilərlər.

Əks halda sahibkarlar və avtomobil sahibləri ciddi zərərlə üzləşirlər.

Bu sığorta sahibkarın fəaliyyəti zamanı üçüncü şəxslərə dəyə biləcək zərərlə bağlı riskləri azaltmaq üçün nəzərdə tutulur. Avtoyuma məntəqələrində isə risk yalnız avtomobilin idarə olunması ilə bağlı deyil. Yuyulma zamanı kimyəvi maddələrdən, xidmət prosesində ehtiyatsız davranışdan və ya digər səbəblərdən də müştərinin əmlakına zərər dəyə bilər.

Ekspert bildirir ki, bu sığorta könüllü olsa da, xüsusilə gündəlik olaraq vətəndaşların avtomobilləri ilə işləyən obyektlər üçün vacib təminat mexanizmi sayılır.

Mütəxəssislər bildirirlər ki, bu səbəbdən avtoyuma və oxşar xidmət sahələrində risklərin əvvəlcədən qiymətləndirilməsi vacibdir. Üçüncü şəxslər qarşısında məsuliyyət sığortası hadisənin qarşısını almasa da, mümkün zərər zamanı sahibkar üçün maliyyə müdafiəsi yarada bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
15
1
xezerxeber.az

2Mənbələr