AZ

“Qarabağ” “Ayaks” oyunu onlara tapşırıldı

futbolpress-az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

UEFA Avropa Liqasında oktyabrın 24-də keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) oyununa təyinatlar açıqlanıb.

Futbolpress.az xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Nikolas Uolş olacaq. Ona yan xətt hakimləri Qrem Stivart və Kalum Spens kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kristofer Qraham yerinə yetirəcək.

VAR-da Kevin Klansi və Con Biton olacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüşə saat 20:45-də start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
1
futbolpress.az

10Mənbələr