AZ

Robert Levandovski “Barselona”dan ayrılır

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İspaniyanın “Barselona” futbol komandasının ulduzu Robert Levandovski mövsümün sonunda klubu tərk edəcək.

İdman.Biz xəbər verir ki, bu barədə BBC-nin jurnalisti Gilyem Balaqe məlumat yayıb.

37 yaşlı polşalı forvardın kataloniyalılar ilə müqaviləsi iyunun sonunda başa çatır. Levandovskinin karyerasını İtaliyada davam etdirə biləcəyi barədə şayiələr dolaşır.

Qeyd edək ki, “Barselona”da dördüncü mövsümünü keçirən futbolçu bu müddətdə 188 matçda meydana çıxıb, 118 qol və 24 məhsuldar ötürmə ilə yadda qalıb.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
35
icma.az

1Mənbələr