AZ

İspaniyada qapıçı meydanda dəhşəti saçdı VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İspaniya Sequndasında “Ueska” və “Saraqosa” komandaları arasında keçirilən qarşılaşmada inanılmaz hadisələr yaşanıb. “Saraqosa”nın şərəfini qoruyan qapıçı Esteban Andrada oyun zamanı özündən çıxaraq rəqibə hücum edib.

İdman.Biz xəbər verir ki, qırmızı vərəqə alaraq meydandan qovulan Andrada qərarla barışmayıb və “Ueska”nın kapitanının üzünə yumruq zərbəsi endirib. Meydanda yaranan gərginlik nəticəsində hakim daha iki futbolçunu cəzalandırmalı olub.

Gərgin keçən görüşdə qapıçılar Dani Ximenes və Esteban Andrada ilə yanaşı, Dani Tasende də qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
74
50
icma.az

10Mənbələr