Sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçisi Xetaq QazyumovAvropa Güləş İttifaqı tərəfindən 2025-ci ilin ən yaxşı məşqçisi seçilib.
Sportinfo.az xəbər verir ki, bu barədəAzərbaycan Güləş Federasiyasnın rəsmi saytı məlumat yayıb.
Ötən il milli komanda X.Qazyumovun rəhbərliyi altında Avropa çempionu olub və dünya çempionatında 4-cü yeri tutub.
Bu uğurları yüksək qiymətləndirən Avropa Güləş İttifaqı (UWW Europe) millimizin baş məşqçisini ilin ən yaxşı məşqçisi seçib.
Bu münasibətlə Avropa Güləş İttifaqının prezidenti Karl-Martin Dittmann Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında X.Qazyumova xüsusi mükafatı təqdim edib.