AZ

Hörmüz boğazı üçün kritik razılaşma: İran və Oman məsləhətləşmələri davam etdirir

İran və Oman Hörmüz boğazındakı vəziyyətlə bağlı məsləhətləşmələri mütəxəssislər səviyyəsində davam etdirmək barədə razılığa gəliblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı "Reuters" agentliyi İranın xarici işlər naziri Abbas Əraqçinin bəyanatına istinadən yayıb.

Nazir qeyd edib ki, hər iki ölkə regionun ən mühüm strateji su yolu olan Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi və gərginliyin qarşısının alınması üçün ekspertlər səviyyəsində görüşlərin keçirilməsini zəruri hesab edir.

Bu razılaşma xüsusilə son vaxtlar boğaz ətrafında hərbi hərəkətliliyin artdığı və beynəlxalq gəmiçilik üçün risklərin çoxaldığı bir dövrdə əldə olunub. Omanın tarixən Tehran və Qərb arasında etibarlı vasitəçi rolunu nəzərə alan ekspertlər, bu məsləhətləşmələrin regional sabitliyə müsbət təsir göstərəcəyini proqnozlaşdırırlar.

Danışıqlar zamanı naviqasiya təhlükəsizliyi, mümkün insidentlərin qarşısının alınması və texniki əməkdaşlıq məsələlərinin fokus nöqtəsi olacağı gözlənilir. Hazırda tərəflər ilk ekspert iclasının dəqiq vaxtı və müzakirə olunacaq texniki detallar üzərində işləyirlər.

Musavat.com

Seçilən
88
musavat.com

1Mənbələr