Sovet və Rusiya televiziya aparıcısı, rejissoru Lev Şimelovun ölüm səbəbi açıqlanıb.BUTA.TVGlobalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb. “L.Şimevolu süni tənəffüs aparatına qoşmuşdular, demək olar ki, bir həftə bu vəziyyətdə qaldı, lakin xilas etmək mümkün olmadı. O, insultdan vəfat etdi”, - deyə mənbə bildirib. Qeyd edək ki, L.Şimelov 96 yaşında dünyasını dəyişib. O, 1952-ci ildən etibarən peşəkar səhnəyə çıxıb. 1961-ci ildə isə Azərbaycan caz orkestrinin konfransiyesi olub. Şimelov “Moskonsert”də və Moskva Myuzik-hollunda çalışıb. 1979-cu ildən “Radionyanə” verilişinin aparıcısı olub. Ona Rusiya Federasiyasının əməkdar artisti fəxri adı 1990-cı ildə verilib.