AZ

Kürdə suyun səviyyəsi azalmağa başlayıb, Mingəçevirdən buraxılış artırılıb - ADSEA

Bakı.Trend:

Kür çayı üzərində yerləşən Şəmkir və Mingəçevir su anbarlarınamay-iyun aylarında daha artıq su həcminin daxil olacağı nəzərəalınaraq, aidiyyəti qurumlarla razılaşdırılaraq 13 aprel tarixindənMingəçevir su anbarından Kür çayının aşağı axınına saniyədə 500kbm, 17 aprel tarixindən isə 700 kbm suyun buraxılması qəraraalınıb.

Bu barədə Trend-ə Azərbaycan Su Ehtiyatları Agentliyindən(ADSEA) məlumat verilib.

Bildirilib ki, eyni vaxtda Kür çayına sağ və sol qollarındanqoşulan Ağstafaçay, Qarqarçay, Türyançay, Ağsuçay, Göyçay vəGirdmançay çayları vasitəsilə daxil olan su həcmləri artıb,həmçinin yağıntı səbəbilə Kür çayı üzərində yerləşən nasosstansiyalarının işlədilməsinə ehtiyac olmamış və nəticədə bir sırarayonlarda lokal ərazilərdə çayın köməkçi bəndindən su sızmalarıbaş verib, mühafizə zonasında olan bir neçə yaşayış evlərininhəyətyanı sahələrinin və örüş torpaqlarının su basma faktları qeydəalınıb.

Mövcud vəziyyət nəzərə alınaraq, baş verə biləcək fəsadlarınvaxtında qarşısının alınması, aidiyyəti qurumlar və yerli istismaridarələri ilə koordinasiyalı fəaliyyəti təmin edilməsi məqsədiləAzərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində RegionalSu Meliorasiya Xidmətinin rəhbərliyi və aidiyyəti şöbələrininmütəxəssisləri yerlərə ezam olunub, yarana biləcək fəsadlarınqarşısının alınması üçün qabaqlayıcı tədbirlər həyatakeçirilib.

"Ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təminedilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi vəbu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə AzərbaycanRespublikası Prezidentinin 15 aprel 2020-ci il tarixli Sərəncamıilə yaradılan Komissiyanın 23 aprel 2026-cı il tarixindəkeçiririlmiş iclasında aidiyyəti qurumların təklifləri nəzərəalınaraq, Mingəçevir su anbarınının iş rejiminə gündəlik nəzarətolunması və həftəlik rejimlər təsdiq olunmaqla Kür çayının aşağıaxınına suyun buraxılması qərara alınıb.

24 aprel tarixindən Kür çayında suyun səviyyəsinin tədricənenməsi müşahidə olunub və ayrı-ayrı rayonların ərazisində 30-105 smarasında dəyişdiyi müəyyən edilib. Hazırda Kür çayının məcrası iləsuyun maneəsiz Xəzər dənizinə axıdılması təmin edilir, su basmatəhlükəsi səbəbindən yerli istismar idarələri tərəfindən təhlükəsizəraziyə təxliyə edilmiş nasos aqreqatları, nasos və elektrikavadanlıqları yerinə quraşdırılır, su basmış ərazilərdən sutədricən kənarlaşdırılır və əhali gündəlik normal təsərrüfatfəaliyyətini davam etdirir. Əhali tərəfindən ölkə rəhbərliyinə,eləcə də yaranan çətinliklərin qısa müddətdə aradan qaldırılmasındagöstərilən köməkliyə və operativliyə görə aidiyyəti qurumlaraminnətdarlıq bildirilir",- qurumdan bildirilib.

Seçilən
26
24
az.trend.az

10Mənbələr