AZ

PAŞA Bank ağacəkmə aksiyasına qoşulub

Bakı. Trend:

PAŞA Bank ətraf mühitin qorunması istiqamətində təşəbbüslərinidavam etdirir. Bank 24 apreldə Ekologiya və Təbii SərvətlərNazirliyinin təşkil etdiyi ağacəkmə aksiyasına qoşulub.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümümünasibətilə keçirilən aksiya Müşfiqabad qəsəbəsində baş tutub.PAŞA Bank heyətinin də qatıldığı bu aksiya çərçivəsində Abşeronyarımadasının torpaq-iqlim şəraitinə uyğun olaraq 1 hektar sahədə625 ədəd Eldar şamı və zeytun ağacı əkilib.

Aksiyada Mərkəzi Bankın və bir sıra qurumların nümayəndələri dəiştirak edib.

PAŞA Bank Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasıçərçivəsində ölkənin müxtəlif regionlarında, o cümlədən azadolunmuş ərazilərdə təbiətin bərpası və Bakı çimərliklərinintəmizlənməsi kimi ekoloji layihələr həyata keçirib. Bank 2023-cüildən BMT Qlobal Sazişinə qoşularaq dayanıqlı inkişaf istiqamətindəfəaliyyətini genişləndirir. 2024–2026-cı illəri əhatə edən KSMstrategiyası Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qurulub və buçərçivədə iqlim dəyişikliyinin nəticələri ilə mübarizə əsasprioritetlərdən biridir.

Məqalədə:
Seçilən
26
4
az.trend.az

4Mənbələr