AZ

Şəhid övladı imtahanda yüksək bal topladı

Şəhid övladları buraxılış imtahanında yüksək nəticə göstəriblər.

KONKRET.az “Unikal”a istinadən xəbər verir ki, Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin XI sinif şagirdi, Vətən müharibəsi şəhidi Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 290 bal toplayaraq yüksək nəticə əldə edib.

O, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 285 bal toplayıb. A.Niftəliyeva SAF-2023 Festivalının “Mexatronika” kateqoriyası üzrə qızıl medalçısıdır.

Seçilən
22
3
konkret.az

4Mənbələr