AZ

“Morgan Stanley”: Qlobal neft ehtiyatları sutkada 4,8 milyon barel azalır

Bakı, 27 aprel, AZƏRTAC

ABŞ-nin ən böyük banklarından olan “Morgan Stanley”in analitiklərinin fikrincə, Hörmüz boğazının bağlı qalması səbəbindən Körfəzdən xam neft ixracı gündəlik 14,2 milyon barel azalıb.

AZƏRTAC xəbər verir ki, bank bunun nəticəsində qlobal neft ehtiyatlarının gündəlik 4,8 milyon barel azaldığını və bu fərqin bir hissəsinin isə zəif tələbatla kompensasiya olunduğunu açıqlayıb.

“Morgan Stanley” ikinci rübdə “Brent” markalı xam neftin bir barelinin qiymətinin orta hesabla 110 dollar, üçüncü rübdə 100 dollar və dördüncü rübdə isə 90 dollar olacağını proqnozlaşdırır.

Qeyd edək ki, neft qiymətləri ABŞ və İran arasında planlaşdırılan ikinci sülh danışıqlarının yenidən pozulmasından sonra 2 faiz bahalaşıb. Hazırda “Brent”in bir bareli 107 dollardan, “Light” neftinin bir bareli isə 96 dollardan baha satılır.

Seçilən
2
2
azertag.az

3Mənbələr