AZ

Salah mövsümü erkən başa vurdu

BAKI, 27 aprel. TELEQRAF

Misir millisinin və "Liverpul"un ulduz hücumçusu Məhəmməd Salah 2025/2026 mövsümünü erkən başa vurub.

Teleqraf xəbər verir ki, 33 yaşlı hücumçu Premyer Liqanın 34-cü turunda "Kristal Palas"a qarşı keçirilən oyunda zədə alıb.

Məlumata görə, Salahın bud əzələsində yırtıq aşkarlanıb. Misirli ulduzun 4 həftə müalicə alacağı bildirilib.

Qeyd edək ki, o, cari mövsümdə Premyer Liqada 25 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.

Seçilən
7
teleqraf.com

1Mənbələr