Bakı.Trend:
Ağcabədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə nəticələnənhadisə baş verib.
Hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.
Trend-inyerli müxbirinin əldə etdiyi məlumata görə, zərərçəkənlər Arazbarkənd sakini tərəfindən bıçaqlanıb.
Nəticədə 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Telman oğlu və1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğlu aldıqları bıçaqxəsarətlərindən hadisə yerində həyatlarını itiriblər.
Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.