ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 27 aprel, AZƏRTAC
Oyun çətin keçdi. “Qəbələ” yaxşı komandadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” klubunun braziliyalı yarımmüdafiəçisi Felipe Santos Azərbaycan Premyer Liqasının XXIX turunda “Qəbələ” ilə 1:1 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
O, komandasının çətin vəziyyətdə olduğunu bildirib.
“Bu anda bir olmalıyıq. Mövsümə yaxşı başladıq. Lakin bu, futboldur, bəzən isdədiyin nəticələr olmur. Liqada çıxış edən komandalar yaxşıdır. Buna görə də mövsüm çətin keçir. Hələ çempionat bitməyib. Növbəti 4 oyunda uğurlu nəticə qazanmaq istəyirik. “Araz-Naxçıvan”ın formasını geyinmək mənim üçün şərəfdir. Hələlik klubla müqaviləm davam edir. Növbəti 4 oyunu fikirləşirəm. Əgər burada qalsam, xoşbəxt olaram. Amma ayrılsam da, yaxşı notlarla klubu tərk edəcəyəm. Hər il Azərbaycan klubları ilə adım hallanır. Başqa danışıqlar aparmamışam. “Araz-Naxçıvan”la da sözləşmə barədə söhbətim olmayıb. Bu iki mövsümdə Naxçıvan təmsilçisinə fayda verdiyimi düşünürəm”, - deyə futbolçu qeyd edib.
Qeyd edək ki, “Araz-Naxçıvan” 40 xalla 6-cı pillədə qərarlaşıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.