AZ

Rusiya səmasında gərgin gecə: Yüzlərlə PUA və raket...

Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı hava hücumlarının qarşısının alındığını açıqlayıb.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ötən gecə Bryansk vilayəti üzərində Ukraynaya məxsus təyyarə tipli 3 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, bölgədə dağıntı və itki qeydə alınmayıb.

Bundan əlavə, nazirliyin son sutka üzrə ümumi hesabatında rəqəmlərin kifayət qədər yüksək olduğu diqqət çəkir.

Bildirilir ki, sutka ərzində Rusiya regionları üzərində ümumilikdə 530 Ukrayna PUA-sı zərərsizləşdirilib.

Seçilən
56
publika.az

1Mənbələr