AZ

Tedeskodan derbi etirafı: Penalti qaçırıldıqdan sonra nəsə düz getmədi

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Fənərbağça"nın baş məşqçisi Domeniko Tedesko Super Liqada "Qalatasaray"a məğlub olduqları oyunu dəyərləndirib. 

Fanat.Az "Sportarena"-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis 0:3 hesabı ilə uduzduqları derbi ilə bağlı bu fikirləri dilə gətirib:

"Əslində, matça yaxşı başladıq. Oyunu arxadan qururduq. Əvvəl də demişdim ki, rəqib yüksək təzyiq göstərəcək, amma həll yolları tapmışdıq. Hətta penalti də qazandıq. Onu vurmalı idik, amma alınmadı. Penalti qaçırıldıqdan sonra nəsə qırıldı.

İlk qol autdan vuruldu. İkinci hissədə baş verənləri həzm etmək çətindir. Əleyhinə penalti, qırmızı vərəqə, sonra avtoqol... Belə oyunda qol vura bilməmək ağlasığmazdır. Qaçırılan penalti, real qol şansları, təkbətək fürsətlər var idi.

Etiraf etməliyik ki, "Qalatasaray" da yaxşı komandadır. Bu gecə əla rəqibə qarşı oynadıq. Xal fərqi 7-dir. Mövsümün əvvəlində də 7-8 xal fərq var idi. Etməli olduğumuz şey öz işimizə diqqət yetirməkdir. Qarşıda "Başakşehir" matçı var. Ederson, Mert və Gunduzi həmin oyunda iştirak edə bilməyəcəklər. 

Bir mövzuya da diqqət yetirmək istəyirəm. Samandıra qapalı məkan olsaydı, çox sevinərdim. Hər kəs bizim məkanlarımızdakı məşqlərimizi izləyir. Bu il oynadığımız 6-7 matçda rəqiblərimiz nə etmək istədiyimizi dəqiq bilirdi. Ona görə də heç kimi təəccübləndirə bilmərik. İstənilən mənzili kirayəyə götürüb məşqlərimizi izləyə bilərlər. Heç kimi günahlandırmıram, amma mənim fikrim belədir. Yüksək performans yaradacaq bir atmosferə ehtiyacımız var". 

Mirağa

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
2
fanat.az

3Mənbələr