AZ

İran bir sıra məhsulların ixracı qadağasını ləğv edib

Bakı. Trend:

İran bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarının ixracınatətbiq etdiyi qadağanı ləğv edib.

Trend xəbərverir ki, bununla əlaqədar İranın Ticarət İnkişafı Təşkilatıməlumat yayıb.

Məlumata görə, bal, balıq, zeytun, xurma, əncir, portağal vəkartof nişastası ixracına tətbiq olunan qadağa ləğv edilib.

Xatırladaq ki, ABŞ, İsrail və İran arasında münaqişə nəticəsindəİran kənd təsərrüfatı məhsullarının ixrac edilməsinə qadağa tətbiqetmişdi.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə əlaqədarkonkret nəticələr əldə olunmadığına görə, 28 fevralda ABŞ vəİsrailin İrana qarşı hərbi hava hücumlara başlayıb və İran da həmingündən İsraili və ABŞ-nin regiondakı obyektlərini raket və PUA iləatəşə tutub. Pakistanın vasitəçiliyi ilə tərəflər arasında 7apreldə 2 həftəlik atəşkəs razılaşması əldə olunub. 11 apreldə ABŞvə İran arasında İslamabadda keçirilən danışıqlarda razılaşma əldəolunmayıb.

Əlavə edək ki, 21 apreldə ABŞ prezidenti Donald Tramp İrantəklifini təqdim edənə və danışıqlar bu və ya digər şəkildə başaçatana qədər atəşkəsi uzatdığını bildirib.

Seçilən
14
az.trend.az

1Mənbələr