ain.az, Qol.az portalına istinadən məlumat yayır.
"Barselona" onlarla yolları ayırır
"Barselona" qarşıdan gələn transfer pəncərəsində bəzi oyunçuları ilə yollarıayıracaq.
QOL.az xəbər verir ki, bu haqda "Diario Sport" məlumat yayıb.
Həmin futbolçular Alehandro Balde, Jül Kunde və Ronald Arauxodur. Sözügedən oyunçular yüksək bazar dəyərlərinə malikdir və baş məşqçi Hans-Dieter Flikin planlarının bir hissəsi olaraq qalır. Lakin klub maaş xərclərindən qurtulmaq üçün onları satmaq niyyətindədir.
Balde müdafiəçilər arasında transfer üçün ən çox ehtimal olunan namizəd hesab olunur. Mənbənin məlumatına görə, onun başlanğıc qiyməti təxminən 50 milyon avrodur. Klub oyunçulardan birinin satılmasının maaş limiti məsələsinin həllinə kömək edəcəyini gözləyir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.