AZ

Goldman Brent neftinə dair qiymət proqnozunu yuxarı istiqamətdə yeniləyib

Qlobal investisiya bankı Goldman Sachs, Hörmüz Boğazının uzun müddət bağlı qalmasının neft ehtiyatlarının “həddindən artıq” azalmasına səbəb olacağı əsasını gətirərək qiymət proqnozlarını yuxarı istiqamətdə yenidən nəzərdən keçirib.

Marja xəbər verir ki, bankın analitikləri 27 aprel tarixində Brent neftinin 2026-cı ilin dördüncü rübündə bir barel üçün orta hesabla 90 dollara çatmasının gözlənildiyini yazıblar.

Analitiklərin əvvəlki proqnozu 80 dollar səviyyəsində idi.

Analitiklər bildiriblər ki, “Fars körfəzində gündəlik 14,5 milyon barellik xam neft hasilatı itkisi aprel ayında qlobal neft ehtiyatlarının rekord sürətlə — gündə 11–12 milyon barel azalmasına səbəb olub. Bu təklif şoku daha uzun çəkərsə, qiymətlər daha da yüksələb bilər.”

Analitiklər qeyd ediblər: “Daha əvvəl mayın ortalarında gözlədiyimiz Körfəzin ixracatının normallaşmasının iyunun sonuna qədər baş verməyəcəyini və Körfəzdə hasilatın daha yavaş bərpa olunacağını fərz edirik.”

Bu kəsinti ilə əlaqədar olaraq, ötənilki artıqlıqla müqayisədə bu rübdə gündəlik 9,6 milyon barel kəsir olacağını proqnozlaşdıran Goldman, Brent neftinin 2-ci  rübdə bir barel üçün 100 dollar, üçüncü rübdə isə 93 dollar olacağını təxmin edir.

Morgan Stanley proqnozlarını dəyişməyib

Digər tərəfdən, başqa bir qlobal investisiya bankı Morgan Stanley Hörmüz boğazının bağlanması səbəbilə Fars körfəzindən neft ixracatının gündə 14,2 milyon barel azaldığı bildirilib. Bank, bunun nəticəsində qlobal ehtiyatların gündə 4,8 milyon barel azaldığını və bu fərqin bir hissəsinin zəif tələblə kompensasiya edildiyini təxmin edib.

Brent proqnozlarını dəyişməyən Morgan Stanley, fyuçerslərin bu rübdə bir barel üçün orta hesabla 110 dollar, üçüncü rübdə 100 dollar və dördüncü rübdə 90 dollar olacağını gözləyir.

İş elanları AzVak.az-da

Goldman Sachs neft proqnozuBrent nefti 100 dollar proqnozuHörmüz boğazı neft bazarı təsiriqlobal investisiya bankları neft analiziMorgan Stanley neft proqnozu 2026neft qiymətləri yüksəliş proqnozuBrent neft 90 dollar 2026neft ehtiyatları azalma qlobal bazarFars körfəzi neft ixracıqlobal enerji böhranı proqnozuneft tədarük şoku 2026neft bazarı analitik hesabatıGoldman Sachs Brent proqnozuenerji bazarı riskləri Hörmüzneft fyuçers qiymətləri artımqlobal neft tələbi və təklif balansıMorgan Stanley Brent proqnozlarıneft qiymətləri 110 dollar proqnozuenerji bazarında geosiyasi risklərneft bazarı 2026 analizi
Seçilən
55
1
marja.az

2Mənbələr