AZ

Ağcabədidə iki nəfəri qətlə yetirən şəxs TUTULDU

Ağcabədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə nəticələnən hadisənin təfərrüatları məlum olub.

Bizim.Media-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində baş verib.

Kənd sakinləri arasında yaranan mübahisə sonda qətllə nəticələnib.

Belə ki, 1996-cı il təvəllüdlü Şaiq Teymurxan oğlu Məmmədov və 1989-cu il təvəllüdlü Həsən Teymurxan oğlu Məmmədov qətlə yetirilib.
 

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

Seçilən
52
bizim.media

1Mənbələr