Bakı. Trend:
Bu, (Çexiyanın Baş nazirinin səfəri – red.) iki ölkə arasındakıəlaqələrin dinamik şəkildə inkişafını göstərir. Bizim çox fəalsiyasi dialoqumuz var.
Trend xəbər verir ki, busözləri Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişləmətbuata bəyanatında söyləyib.
“Bu gün bir çox məsələlər ətrafında - həm regional, həmikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafındafikir mübadiləsi aparılmışdır”, - deyə dövlətimizin başçısı əlavəedib.