AZ

Kür daşdı, bu məhsul bahalaşacaq AÇIQLAMA

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Kür çayının daşması nəticəsində geniş əkin sahələrinin, xüsusilə kartof plantasiyalarının su altında qalması kənd təsərrüfatında narahatlıq yaradıb. Təbii fəlakətlərin məhsuldarlığa təsiri hər zaman bazarda dalğalanmalara səbəb olub və bu dəfə də istisna deyil. Fermerlərin zəhməti və mövsümün məhsulu təhlükə altına düşdükcə, bu vəziyyətin həm istehsala, həm də qiymətlərə necə təsir edəcəyi əsas müzakirə mövzusuna çevrilib.Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfov Demokrat.az-a açıqlamasında deyib ki, son vaxtlar müşahidə olunan intensiv yağışların kənd təsərrüfatına ciddi təsir göstərməsi qaçılmazdır:“Bu cür yağıntılar göbələk və digər xəstəliklərin inkişafı üçün əlverişli şərait yaradır. Kartof istehsalına gəldikdə isə, burada həm müsbət, həm də mənfi tərəflər mövcuddur. Dəmyə şəraitində, yəni suvarma imkanı olmayan və yalnız təbii yağıntılar hesabına becərilən kartof sahələrinə bu yağışlar müsbət təsir edir. Lakin bunun üçün fermerlər vaxtında aqrotexniki tədbirlər görməlidirlər. Xüsusilə yağışlardan sonra yaranan göbələk və digər xəstəliklərə qarşı müntəzəm dərmanlama aparılmalı, həmçinin gübrələmə və yarpaqdan yemləmə tədbirlərinə ciddi diqqət yetirilməlidir. Kür ətrafı ərazilərdə, o cümlədən

Kürdəmir rayonunda baş verən daşqınlar isə daha çox mənfi təsirlərlə müşayiət olunur. Bu ərazilərdə torpaqların əsas problemi şoranlaşma və suyu süzmə qabiliyyətinin zəif olmasıdır”.O qeyd edib ki, nəticədə kartof sahələrində, xüsusilə kök hissəsində çürümə halları qaçılmaz olur:“Drenaj sistemləri vaxtında təmizlənən və düzgün işləyən ərazilərdə zərəri müəyyən qədər azaltmaq mümkündür. Lakin drenaj sistemi olmayan sahələrdə suyun altında qalan kartof məhsulu ciddi zərər görür və bu, məhsuldarlığa birbaşa mənfi təsir edir. Belə hallarda dövlət sığorta qurumlarının fermerlərə dəstək göstərməsi vacibdir. Çünki təbii hadisələr nəticəsində yaranan əlavə xərclər  dərmanlama işlərinin intensivləşməsi, əlavə aqrotexniki tədbirlərin görülməsi istehsal xərclərini artırır. Bu isə öz növbəsində bazarda qiymət artımını qaçılmaz edir”.Qeyd edək ki, “dəmyə” anlayışı suvarma imkanı olmayan, yalnız yağış suları ilə becərilən torpaqları ifadə edir. Dağətəyi ərazilərdə, məsələn Gədəbəy kimi rayonlarda əkilən kartof sahələri bu kateqoriyaya aiddir. Belə ərazilərdə yağıntılı hava şəraiti məhsuldarlığın artmasına səbəb olur, quraqlıq isə əksinə, məhsuldarlığı azaldır. Mövcud intensiv yağışlar fonunda dəmyə şəraitində becərilən kartof sahələrində məhsuldarlığın artacağı gözlənilir.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
34
demokrat.az

10Mənbələr