AZ

Əbülfət Mədətoğlu: Bircə SƏN

ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Tilsimlidi  ürəyimin qapısı,   

"Sim-sim"-ini bilən isə, bircə  sən! 

Bir  yanadı  gözəllərin  hamısı - 

Mənim üçün  yaranışdan  bircəsən!

Gözüm  gözə  görən kimi  bənd  olub, 

Adın, sözün  damağımda  qənd  olub!   

Sənin  yerin  nə  şəhər, nə  kənd  olub - 

Ürəyimdi, varsan  orda   bircə  SƏN!

Sənsizliyim  yoxdu, olsa  anım  İL   

"Sənsizliyi" yaddaşından  tamam  sil!    

Əyil  bir  az, qulağına  deyim , bil - 

Sən  MƏHƏBBƏT  İLAHƏSİ - bircəsən!

Bu  gecəmin  şahididi  Ulduz, Ay    

Gizlətmirəm, mən sirrimi  açdım  tay!  

Sən  Tanrıdan  Əbülfətə  düşən  pay - 

Ona  görə ,  bir  dənəsən - bircəsən!

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
23
1
adalet.az

2Mənbələr