ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Tilsimlidi ürəyimin qapısı,
"Sim-sim"-ini bilən isə, bircə sən!
Bir yanadı gözəllərin hamısı -
Mənim üçün yaranışdan bircəsən!
Gözüm gözə görən kimi bənd olub,
Adın, sözün damağımda qənd olub!
Sənin yerin nə şəhər, nə kənd olub -
Ürəyimdi, varsan orda bircə SƏN!
Sənsizliyim yoxdu, olsa anım İL
"Sənsizliyi" yaddaşından tamam sil!
Əyil bir az, qulağına deyim , bil -
Sən MƏHƏBBƏT İLAHƏSİ - bircəsən!
Bu gecəmin şahididi Ulduz, Ay
Gizlətmirəm, mən sirrimi açdım tay!
Sən Tanrıdan Əbülfətə düşən pay -
Ona görə , bir dənəsən - bircəsən!
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.