“Yeni imtahan modelinə əlavə olunmuş tapşırıq modelini nəzərə alaraq eyni zamanda 11 illik buraxılış imtahanının vaxtına əlavə vaxtın verilməsini də nəzərdə tutmuşuq”.
Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva jurnalistlərə açıqlamasında qeyd edib.
“Əlavə vaxt dedikdə 15 dəqiqə nəzərdə tuturuq. Yekun atestasiya müvafiq qaydalara əsasən keçirilir. Həmin qaydalarda o düzəlişin olunması üçün DİM layihə təqdim edib. Bu prosesdir Nazirlər Kabinetində təsdiq olunmalıdır. Təsdiq olunduğu təqdirdə ümimi vaxta 15 dəqiqə əlavə olunmasını nəzərdə tutmuşuq”, - deyə o bildirib.
Aytəkin TOFİQQIZI