AZ

“İndi vəziyyət yaxşılaşıb” Rahid Əmirquliyev “Şahdağ Qusar”ın hədəflərindən danışdı

ain.az xəbər verir, Footbal-plus saytına əsaslanaraq.

Mövsümə elə də yaxşı başlamayan, hədəfi 1-ci liqada yerini qorumaq olan “Şahdağ Qusar” qışdan sonra qələbələr qazanmaqla diqqətləri üzərinə çəkib. Kapitan Rahid Əmirquliyevin də də meydanda olduğu oyunlarda Şimal təmsilçisi həm də baxımlı oyunla göz oxşayır. Qusarlılr artıq 5-ci pillədədi, 4-cü pillədəki “Baku Sportinq”dən cəmi 6 xal geridədi.Klubun bu mövsüm yüksək hədəfə can atmasa da, azarkeşlər gələn mövsüm üçün bunu tələb edir. Bəs cari mövsüm üçün maksimum hədəf nədi? Sualı kapitanlıq sarğısını daşımaqla yanaşı, klubun prezidenti də olan Rahid Əmirquliyevə ünvanladıq:

“Mövsüm başlayanda birinci liqada qalmaq üçün mübarizə aparırdıq. Vəziyyət yaxşı deyildi. Şükürlər olsun, indi vəziyyət dəyişib, yaxşılaşıb. Biz də istəyirik ki, yuxarı pillələrdə qərarlaşaq. Düzdü, 2-3-cü yeri tutmaq çətin olacaq. Həm oyun az qalıb, həm xal fərqi çoxdu. Biz yığılanda hədəf başqa idi. İndi maksimum xal yığmağa çalışırıq. Gələn mövsümün hədəfləri haqda danışmaq tezdi. Mövsüm bitəndən sonra sponsorlarla danışıb, müzakirə edəcəyik. İndiki hədəf qalan oyunlarda qələbə qazanmaqdı”.

Qeyd edək ki, “Şahdağ Qusar” hazırda 35 xalla 5-ci pillədədi. MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
1
icma.az

2Mənbələr