AZ

Bu yerdən göy üzünə hər gün qızıl yağır

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Antarktika deyildikdə ağla ilk gələn sonsuz buz kütlələri olsa da, bu ağ örtüyün altında Yer kürəsinin ən cənubunda yerləşən aktiv bir vulkan alovlanır. Adını mifologiyada qaranlıq tanrısından alan Erebus dağı 3 min 794 metrlik hündürlüyü ilə qitənin ən yüksək və ən cənubdakı aktiv vulkanı kimi göyə doğru yüksəlir.Demokrat.az xəbər verir ki, Ser Ceyms Klark Ross 1841-ci ildə bu ərazini ilk dəfə kəşf etdikdə, buz kimi soyuğun ortasında yüksələn tüstü buludları tədqiqatçıları heyrətə salmışdı. Bu gün də həmin mənzərə Yer kürəsinin ən nadir geoloji hadisələrindən birinə şahidlik etməyə imkan verir. Dağın zirvəsində 1970-ci illərin əvvəlindən bəri sönməyən nəhəng bir lava gölü qaynamağa davam edir. Dünyada bu cür daimi lava göllərinə sahib cəmi beş nöqtənin olması Erebusu elm dünyası üçün xüsusi laboratoriyaya çevirib.Kilometrlərlə dərinliyə uzandığı düşünülən bu od çuxuru qışın ən qaranlıq aylarında belə ətrafı qırmızıya boyamağa davam edir. Lakin dağı fərqli edən yalnız bu alov deyil, küləklə birlikdə ətrafa yayılan qiymətli zərrəciklərdir.Aparılan dəqiq tədqiqatlar vulkandan yüksələn qaz buludlarının içində çılpaq gözlə görünməyən mikroskopik qızıl kristallarının olduğunu ortaya çıxarıb. Hər gün vulkan təxminən 80 qram saf qızılı toz halında atmosferə buraxır. Gündəlik dəyəri təxminən 6 min dollar olan bu metal tozlar Antarktika küləkləri ilə min kilometr uzağa qədər daşına bilir.Təbii ki, Erebus yalnız qiymətli qızıl mənbəyi deyil; zaman-zaman ətrafa atdığı “vulkan bombaları” adlanan ərimiş qaya parçaları ilə nə qədər təhlükəli ola biləcəyini də xatırladır.Vulkanın istiliyi ilə qitənin dondurucu iqlimi birləşdikdə “fumarol” adlanan buz mağaraları yaranır. Qazların buzu içəridən əritməsi ilə formalaşan bu qaranlıq keçidlər gözlənilməz dərəcədə zəngin ekosistemə malikdir. 2013-cü ildə aparılan araşdırmalarda günəş işığı almayan və qidasız bu mağaralarda 61 fərqli göbələk növü aşkar edilib. Bu vəziyyət elm dünyasında böyük maraq doğurub. Maraqlı məqamlardan biri bu göbələklərin inkişafı üçün yüksək yağ miqdarına ehtiyac duyması olub. Mütəxəssislər bunun illər əvvəlki ekspedisiya fəaliyyətlərindən qalan çirklənmə izi ola biləcəyini ehtimal edirlər.Xüsusilə kraterə yaxın yerləşən Uorren mağarası kimi bölgələr bu gün də tədqiqatçıların ən çox maraqlandığı ərazilərdən biridir. Antarktika turları vasitəsilə bu təhlükəli gözəlliyi uzaqdan izləmək mümkün olsa da, qızıl toplamaq xəyalı qurmaq əvəzinə təbiətin bu sərt gücünə hörmətlə yanaşmaq ən təhlükəsiz seçim hesab olunur.Jalə

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
demokrat.az

1Mənbələr