AZ

Memar: Azərbaycan şəhərsalma mövzusunda bir çox ölkələrdən öndədir

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 27 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamı ilə 2026-cı il Azərbaycanda “Memarlıq və Şəhərsalma İli” elan olunub. Bu il Azərbaycan memarlığı üçün çox möhtəşəm bir dövrdür. Çünki “Memarlıq və Şəhərsalma İli”ndə silsilə olaraq bir neçə tədbir keçiriləcək. Bu cür tədbirlərin təşkil edilməsi qadın memar olaraq məni çox sevindirir. Çünki gündəlik həyatda qadınlar bir çox işləri icra edirlər. Eyni zamanda, onlar memarlıq sahəsində çox fəaldırlar. Bu gün Azərbaycan qadını memar olaraq təhsildə, tədrisdə, memarlıq praktikasında fəal rol oynayır.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının katibi Şeyda Novruzzadə deyib.

O bildirib ki, Azərbaycan şəhərsalma mövzusunda bir çox ölkələrdən öndədir:“İşğaldan azad edilmiş ərazilərimizdə şəhərlərimizi, kəndlərimizi, qəsəbələrimizi yenidən qururuq. Şuşada icra edilmiş layihələrdə müəllifi qadın olan memarlarımız var. Təsəvvür edin ki, yenidən qurulan bir yerin müəllifi qadın memardır. Bu, memarlıq sahəsində Azərbaycan qadınının fəaliyyətinin göstəricisidir. Məlumdur ki, bu günlərdə ölkəmizdə Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası keçiriləcək. Bu da beynəlxalq təcrübədə çox gözəl bir təşəbbüs və göstəricidir. Bütün bu layihələrdə biz qadın memarlar çox fəal rol oynayırıq”.

Müxbir - Günel Türksoy

Fotoqraf - İlkin Cavanşirov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
1
azertag.az

2Mənbələr