AZ

QMİ Xankəndidə qanunsuz tikililərin sökülməsi ilə bağlı iddialara dair bəyanat yaydı

Bakı. Trend:

Azərbaycanın Xankəndi şəhərində iki qanunsuz tikilinin sökülməsiilə bağlı Eçmiədzin Kilsəsinin 23 aprel tarixli bəyanatıdüşmənçiliyin və dezinformasiyanın bir təzahürüdür.

Trend xəbər verirki, bu barədə məlumat Qafqaz Müsəlmanları İdarəsinin iddialarlabağlı yaydığı açıqlamada əks olunub.

"Azərbaycanın tarixi, dini və mədəni abidələrinin işğal zamanıonilliklər boyu dağıdılmasına və təhqir edilməsinə səssiz qalanEçmiədzinin hazırda iki ölkə arasında normallaşma prosesi gedən birhəssas dövrdə Azərbaycana qarşı əsassız ittihamlarla çıxış etməsiməsələnin siyasiləşdirilməsinə atılan bir uğursuz cəhddir.

Azərbaycan ərazilərinin işğalı zamanı Xankəndidə qanunsuz inşaedilmiş iki tikilinin sökülməsi heç bir halda dini və ya mədəniirsin məhv edilməsi kimi təhrif edilə bilməz. Belə ki, 2023-cü ildəAzərbaycan öz əraziləri üzərində dövlət suverenliyini tam bərpaetdikdən sonra işğalın simvolları olan bu qanunsuz tikililəri bütünbu müddət ərzində mövcud vəziyyətdə saxlayıb. Bununla belə, sonaylar ərzində öz doğma yurdlarına kütləvi şəkildə qayıdan keçmişməcburi köçkünlər işğal dövründən əvvəl bu ərazilərdə mövcudolmayan bütün tikililərin sökülməsinə dair dəfələlərlə dövlətorqanlarına və yerli məhkəmələrə müraciət ediblər.Məlumdur ki,beynəlxalq humanitar hüquqa əsasən, işğalçı dövlət tərəfindən işğaledilmiş ərazidə razılıq olmadan inşa edilmiş tikililər təyinatındanasılı olmayaraq qanunsuz hesab olunur və bir qayda olaraq işğalçıdövlətin hesabına sökülməlidir. Məhz bu səbəbdən Birinci Qarabağmüharibəsi zamanı azərbaycanlıların qətlə yetirildiyi və qovulduğubu ərazilərdə sonradan qanunsuz inşa edilmiş bütün tikililərinsökülməsinə həm hüquqi, həm də mənəvi əsas vardır.

Qeyd etmək lazımdır ki, Azərbaycan məscidlərin, kilsələrin vəsinaqoqların yan-yana yerləşdiyi nadir ölkələrdən biridir ki, bu daxalqımızın dərin köklərə malik dini tolerantlıq mədəniyyətini vəbütün dinlərə hörmətini nümayiş etdirir. Əsrlər boyu Azərbaycandapravoslav, katolik və yəhudi icmaları da daxil olmaqla, müxtəlifdinlərə məxsus ibadət yerləri və icmalar sərbəst fəaliyyətgöstərib. Bu gün də bu ənənəyə sadiq qalaraq Azərbaycan dövlətiişğal dövründə dağıdılmış və təhqirə məruz qoyulmuş dini və mədəniabidələri öz hesabına bərpa edir. Bunların sırasında Şuşadayerləşən (erməni) Qazançı kilsəsinin yenicə bərpa edilməsini,habelə bütün münaqişə boyunca Bakıda yerləşən erməni kilsəsinindövlət tərəfindən mühafizə edilməsini xüsusilə vurğulamaq lazımdır.Ümumilikdə, ölkə ərazisində müxtəlif konfessiyalara məxsus olanibadət yerlərinin davamlı şəkildə qorunub saxlanılması, onlarınbərpa edilməsi və mühafizəsi hər zaman dövlətimizin vəcəmiyyətimizin dini plüralizmə hörmətini bariz şəkildə nümayişetdirib.

Azərbaycanda əsrlər boyu mövcud olan bu reallığı Eçmiədzıntərəfindən belə bir həssas dövrdə təhrif etmək cəhdləri yalnızregionda davamlı sülhə yönəlmiş səyləri sarsıtmağa xidmət edir.

Keçmişdən qalan siyasi təxribatlara əl atmaq təcrübəsinə vəbölgədə qalıcı sülhün bərqərar olmasının qarşısının alınmasınayönəlmiş bu kimi cəhdlərə birdəfəlik son qoyulmalıdır", açıqlamadaqeyd edilib.

Seçilən
2
30
az.trend.az

10Mənbələr