AZ

Geomaqnit qasırğası gözlənilir

Günəş fəallığı artıb, 4419 ləkə regionunda X2.52 sinifli güclü alışma qeydə alınıb. Bu proseslər nəticəsində radiorabitədə R2–R3 səviyyəli fasilələr, Yerə yönəlmiş Tac Kütlə Atılmaları (TKA), II–IV tip radioemissiya və 10 sm diapazonda radioalışmalar müşahidə olunub.

Publika.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

Bildirilib ki, Günəş səthində 7 ləkə qrupunda ümumilikdə 137 ləkə və Tac dəlikləri qeydə alınıb.

2 MeV-dən yüksək enerjili elektron seli orta və yüksək, 10 MeV-dən yüksək proton seli isə fon səviyyəsində olub. Günəş küləyinin sürəti maksimum 603 km/san-ə çatıb. Hazırda bu göstərici 423 km/san, sıxlıq 2.26 p/sm³ təşkil edir.

Tac Dəliyi Axınlarının təsiri ilə 20–21 apreldə zəif (G1) geomaqnit qasırğası baş verib.

Seçilən
32
15
publika.az

10Mənbələr