Yazını böyüt
Yazını kiçilt
Lerik rayonunda yük maşını dərəyə aşıb. Hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb.
"Unikal" xəbər verir ki, Astara rayonunun Motlayataq kənd sakini, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi QAZ-66 markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi dərəyə aşıb.
Sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.
Faktla bağlı araşdırma aparılır.