AZ

Lerikdə yük maşını dərəyə aşdı, 27 yaşlı sürücü öldü -FOTO

Lerikdə yük maşını dərəyə aşıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayon ərazisində qeydə alınıb.

Astara sakini - 1999-cu il təvəllüdlü Həmzə Mirseyidzadənin idarə etdiyi "QAZ-66" markalı yük avtomobili idarəetmədən çıxaraq dərəyə yuvarlanıb. Xəsarətlər alan sürücü Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunsa da, həkiməqədər ölüm faktı baş verib.

Faktla bağlı araşdırma aparılır.

Lerikdə

Seçilən
4
15
redaktor.az

10Mənbələr